İtaliya millisində yeni baş məşqçi

Luici Di Byaco futbol üzrə İtaliya milli komandasına müvəqqəti baş məşqçi təyin olunub.
 
47 yaşlı mütəxəssis ölkənin gənclər yığmasındakı fəaliyyətini də davam etdirəcək.
 
O, əsas yığmaya qarşıdakı iki yoldaşlıq görüşündə rəhbərlik edəcək. İtaliya millisi martın 23-də İngiltərənin Mançester şəhərində Argentina ilə, bundan 4 gün sonra isə Londonda İngiltərə ilə üz-üzə gələcək.
 
Qeyd edək ki, Luici Di Byaco İtaliya yığmasının sabiq futbolçusudur. O, gənclər yığmasının sükanı arxasına 2013-cü ildə keçib. Di Byaconun rəhbərliyi altında bu komanda 2017-ci ildə 21 yaşadək futbolçular arasında Avropa çempionatının yarımfinalınadək irəliləyib. İtaliya millisinin əvvəlki baş məşqçisi Canpyero Ventura komandaya 2018-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazandıra bilmədiyi üçün istefaya göndərilib.