Dünya çempionatında Azərbaycanı təmsil edəcək atletlər müəyyənləşdi
Martın 1-də İngiltərənin Birmingem şəhərində start götürəcək qapalı məkanda atletika üzrə dünya çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Bu barədə yığmanın baş məşqçisi Məhərrəm Sultanzadə məlumat verib. Onun sözlərinə görə, dörd gün davam edəcək yarışa cəmi 2 kişi atlet lisenziya qazanıb. Aleksis Kopelyo 3 təkanla uzununa tullanma, Hayle İbrahimov 3000 metr məsafəyə qaçış növlərində mübarizə aparacaq.
Proqrama əsasən, Kopelyo martın 3-də, İbrahimov isə martın 4-də final mərhələsində çıxış edəcək. Digər azərbaycanlı üç təkanla tullanan Nazim Babayev isə çempionata qatılmayacaq. Sultanzadə Babayevin zədə üzündən qış mövsümündəki yarışları buraxacağını bildirib.(Report.az)