Karateçilərimiz Dubaya getdilər

Fevralın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində start götürəcək "Karate 1” Premyer Liqa turnirində iştirak edəcək Azərbaycan millisinin əsas və əvəzedici heyəti açıqlanıb.
 
3 gün davam edəcək yarışda Azərbaycanın 20 idmançı təmsil edəcək.
Milli komandanın əsas və əvəzedici üzvlərindən kumite yarışlarında Firdovsi Fərzəliyev, Tural Ələkbərli (hər ikisi 60 kq), Niyazi Əliyev, Tural Ağalarzadə və Rafiz Həsənov (hamısı 67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Turqut Həsənov, Pənah Abdullayev (hamısı 84kq), Şahin Atamov, Asiman Qurbanlı, Əli Cəfərov (hamısı +84kq), eləcə də Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və Fəridə Əliyeva (+67 kq) mübarzə aparacaq.
 
Roman Heydərov və Rövşən Əliyev fərdi kata üzrə, Tural Balcanlı ilə İsmayıl Quliyev isə ilk dəfə olaraq "Karate 1” Premyer Liqa turnirinin komanda kata yarışında çıxış edəcək. 
 
Dubaya yollanan AMKF-nin prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə vitse-prezident Rəhman Hətəmov, baş məşqçilər - Şahin Xudaverdiyev (kumite), Vahid Ayvazov (kata), böyük məşqçi Qurban Tağıyev, beynəlxlaq hakimlər Cahangir Babayev və Vüqar Kərimov yer alıblar.
Qeyd edək ki, 2018-ci il mövsümünün 7 analoji turnirindən ikincisi olan Dubay mərhələsinə 74 ölkədən 626 idmançı qatılacaq.