DÇ-2018 üçün Rusiyaya 32 ölkədən polis gəlir

Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında beynəlxalq polis əməkdaşlığı mərkəzinə 32 ölkədən asayiş keşikçiləri gələcək.
 
Qurumun tərkibi mundialın iştirakçısı olan 32 ölkənin və 2022-ci ildə dünya çempionatına ev sahibliyi edəcək Qətərin nümayəndələrindən təşkil olunacaq. İyunda Rusiyaya digər ölkələrdən təxminən 150 polis əməkdaşının gələcəyi gözlənilir.
 
Qeyd edək ki, dünya çempionatının oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.