Şenol Günəş: "Bavariya"nı keçə bilərik"

Çempionlar Liqasının 1/8 final mərhələsində "Bavariya" ilə qarşılaşacaq "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş UEFA-nın rəsmi saytına açıqlama verib.
 
Təcrübəli mütəxəssis matçdan öncə rəqib haqda danışıb. O, "Bavariya"nın turun favoriti olduğunu etiraf edib: "Bu oyun bizim üçün çətin sınaq olacaq. Amma biz rəqibə bacardığımız qədər çətin anlar yaşatmaq niyyətindəyik. "Bavariya"nı keçə bilərik. Amma bu, onlardan daha yaxşı komanda olduğumuz demək deyil. Bunun üçün yaxşı çalışmalıyıq".
 
Şenol Günəş Almaniya təmsilçisinin heyətindəki bütün oyunçuların dünya ulduzu olduğunu sözlərinə əlavə edib: "Bizim komandada da yaxşı futbolçular var. Futbolçularımızın nələr edə biləcəyini, bacarıqlarını və xarakterlərini göstərmələrini istəyirəm".
 
Türkiyəli mütəxəssis son olaraq bunları söyləyib: "Növbəti mərhələyə vəsiqə qazansaq, bu fantastik olar. Amma alınmasa dünyanın sonu deyil".