Daha 2 boksçumuz mübarizəni dayandırdı

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi "Strandja” turnirinin ikinci günündə Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb.
 
Ümid Rüstəmov (56 kq) amerikalı Raymond Fordla üz-üzə gəlib. Görüş rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. 
 
Azərbaycan çempionu Eldar Quliyev (81 kq) də debütdə məğlubiyyətə üzülüb. O, Mixail Koxançikə (Qazaxıstan) 1:3 hesabı ilə uduzub. 
 
Qeyd edək ki, yarışın üçüncü günündə daha 2 boksçumuz mübarizəyə qoşulacaq. İlk yarış günündə isə Elvin İsayev (64 kq) və Rahil Məmmədli (91 kq) mübarizəni dayandırıb. Məsud Yusifzadə (52 kq) isə 1/4 finala yüksəlib.