Gimnastlarımız Latviyada 4 medal qazandılar
Azərbaycanın bədii gimnastika üzrə milli komandasının üzvləri Latviyanın paytaxtı Riqada iki beynəlxalq yarışda ümumilikdə 4 medal qazanıblar.
"Riga Spring” turnirdə gənclər arasında çıxış edən Dərya Farşbafşəhriyari halqa ilə icra etdiyi kompozisiyaya görə 14.550 xal alıb və üçüncü yeri tutub. O, topla çıxışda isə 15.550 xalla gümüş medal qazanıb.
Farşbafşəhriyari Arzu Cəlilova ilə birgə komanda yarışlarında da medal əldə edib. Millinin üzvləri fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər.
"Baltic Hoop” turnirində isə Zöhrə Ağamirova gürzlərlə çıxışına görə ikinci yeri tutub.