Prosineçkidən Şehiçə dəvət

"Qarabağ”ın qapıçısı İbrahim Şehiç futbol üzrə Bosniya və Hersoqovina milli komandasına dəvət alıb.
 
 Şehiç yığmanın martın 20-də Bolqarıstanda baş tutacaq təlim-məşq toplanışına qatılacaq . O, martın 23-ü səfərdə Bolqarıstan, martın 27-si isə Fransada Seneqalla yoxlama oyunlarına çağırılıb.
 
Qeyd edək ki, Bosniya və Herseqovina millisinin baş məşqçisi ötən 3 ildə Azərbaycan yığmasına rəhbərlik etmiş Robert Prosineçkidir.