Şəhriyar Məmmədyarov autsayderlə də heç-heçə etdi

Almaniyanın paytaxtı Berlindəki İddiaçılar Turnirində bu gün IV turun görüşləri keçirilir.
 
Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan amerikalı Uesli So ilə üz-üzə gəlib. 29-cu gedişdən sonra tərəflər "sülh"ə razılaşıblar - 0,5:0,5. 
 
Turun digər görüşləri:
 
Aleksandr Qrişuk - Din Lijen
 
Vladimir Kramnik - Fabiano Karuana 
 
Sergey Karyakin - Levon Aronyan 
 
4 turdan sonra Vladimir Kramnik 2,5 xalla turnir cədvəlinə başçılıq edir. Məmmədyarov 2,5 xalla 2-ci, Fabiano Karuana 2 xalla 3-cü yerdədir. Hərəyə 1,5 xalı olan Din Lijen və Aleksandr Qrişuk 4-5-ci yerlərdə qərarlaşıb. 6 - 8-ci pillələri bölüşən Levon Aronyan, Vladimir Karyakin və Uesli Sonun hərəyə 1 xalı var.  
 
Qeyd edək ki, ilk turda Məmmədyarov qara fiqurlarla İddiaçılar Turnirinin son qalibi, rusiyalı Sergey Karyakini məğlub edib. II turda ermənistanlı Levon Aronyanla qarşılaşan azərbaycanlı şahmatçı heç-heçəyə razı olub. Məmmədyarov III turda isə amerikalı Fabiano Karuana ilə heç-heçə edib.   Uesli So ilk turda Fabiano Karaunaya uduzub. II turda isə Aleksandr Qrişuka uduzan amerikalı, III turda Din Lijenlə heç-heçə edib.