Pauerliftinq üzrə Azərbaycan çempionatı keçirilib

Martın 11-12-də Xırdalan şəhərində yerləşən AAAF Park Yaşayış Kompleksinin yarış zalında Pauerliftinq üzrə Azərbaycan çempionatı keçirilib. Yarış qarşıdakı beynəlxalq turnirlərə seçmə və sınaq xarakteri daşıyıb. İki gün davam edən turnirdə 100-dən çox atlet müxtəlif çəki dərəcələrində medal mübarizəsi aparıb. Sevindirici haldır ki, yarışda iştirak edənlərin içərisində "Tovuz Gənclər Evi"nin də nümayəndəsi olub. Belə ki, Tovuz Gənclər Evinin Ağır Atletika dərnəyinin rəhbəri Sürət Məmmədov 3 hərəkətin ceminde 610 kq nəticə ile 2 ci yerə layiq görülüb.