Məmmədyarov, Aronyan və Karuanadan heç-heçə
Almaniyanın paytaxtı Berlindəki İddiaçılar Turnirində bu gün II dövrəyə start verilib.
VIII tura təsadüf edən görüşdə Azərbaycanın yeganə təmsilçisi Şəhriyar Məmmədyarovun rəqibi rusiyalı Sergey Karyakin olub. Tərəflər 30-cu gedişdən sonra heç-heçəyə razılaşıb. Məmmədyarov bu nəticədən sonra 5-ci xalını qazanıb. Turun digər qarşılaşmaları isə davam edir:
Turun digər görüşləri:
Uesli So (ABŞ) - Fabiano Karuana (ABŞ) - 0,5:0,5
Aleksandr Qrişuk (Rusiya) - Vladimir Kramnik (Rusiya)
Din Lijen (Çin) - Levon Aronyan (Ermənistan) - 0,5:0,5
Qeyd edək ki, ilk dövrədə Şəhriyar Məmmədyarov Sergey Karyakini qara fiqurlarla məğlub edib.