Məmmədyarov və Karuanadan heç-heçə
Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turnirində bu gün XI turun görüşləri keçirilir. Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb.
Tərəflər 41-ci gedişdə heç-heçəyə razılaşıblar - 0,5:0,5. Bununla da Məmmədyarov turnirdə 9-cu dəfə xalları yarı bölüb. Hələlik məğlub olmayan 33 yaşlı qrossmeysterin 2 qələbəsi var.
Lider Fabiano Karuana isə ağ fiqurlarla rusiyalı Vladimir Kramniklə heç-heçə edib. Bu nəticə ABŞ təmsilçisinə Məmmədyarovdan çox uzaqlaşmaq imkanı verməyib. Hazırda Karuana ilə azərbaycanlı şahmatçını yarım xal ayırır.
Turun daha 2 görüşü hələlik davam edir:
Din Lijen (Çin) - Aleksandr Qrişuk (Rusiya)
Levon Aronyan (Ermənistan) - Sergey Karyakin (Rusiya)
10 turdan sonra turnir cədvəlinə 7 xalla Karuana başçılıq edir. Məmmədyarov 6,5 xalla 2-cidir.