"Qarabağ"ın futbolçusu millidən qovuldu
"Qarabağ"ın futbolçusu Elvin Yunuszadə Azərbaycan yığmasının heyətindən kənarlaşdırılıb.
Səbəb müdafiəçinin nizam-intizam qaydalarını pozması olub.
Milli komandanın baş məşqçisi Qurban Qurbanov Araz Abdullayev və Elvin Yunuszadənin adlarını Belarus yığması ilə yoldaşlıq görüşünün iştirak ərizəsinə daxil etməmişdi.
Millimizin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşan oyundan sonra keçirilən mətbuat konfransında Qurbanov bu futbolçulardan birinin Türkiyəyə aparılmayacağını açıqlayıb.
Qeyd edək ki, cəzaya səbəb hər iki futbolçunun oyunöncəsi toplantıya gecikmələridir.