Məmmədyarov Qrişuka qarşı

Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turnirində bu gün XIII turun görüşləri keçiriləcək. 
 
 Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla rusiyalı Aleksandr Qrişukla üz-üzə gələcək. 11 turdan sonra hər iki qrossmeyster çinli Din Lijenlə birgə 6,5 xalla 3 - 5-ci yerləri bölüşdürür. Görüşü məğlub başa vuracaq şahmatçı turnirin qalibi olma şanslarını faktiki itirəcək. 
 
Turun digər görüşləri:
 
Uesli So (ABŞ) - Sergey Karyakin (Rusiya)
Fabiano Karuana (ABŞ) - Levon Aronyan (Ermənistan)
Din Lijen (Çin) - Vladimir Kramnik (Rusiya)
 
Hazırda turnir cədvəlinə hərəyə 7 xala malik Karyakin və Karuana başçılıq edir. Kramnik 5,5 xalla 6-cı, So 5 xalla 7-ci, Aronyan 4 xalla 8-cidir.