Türkiyə millisinin oyunu Ömər Paşayevə tapşırıldı
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb.
21 yaşadək futbolçulardan ibarət Avropa çempionatının seçmə mərhələsinin 6-cı qrupunda, Türkiyə – Malta oyununun baş hakimi Ömər Paşayev olacaq.
Ona Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.
Qeyd edək ki, Türkiyə - Malta matçı martın 27-i keçiriləcək.