Şəhriyar Məmmədyarov üçün həlledici görüş

Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turnirində bu gün XIV sonuncu turun görüşləri keçiriləcək.
 
Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla rusiyalı Vladimir Kramnik ilə üz-üzə gələcək.
 
Turun digər qarşılaşmaları:
 
Aleksandr Qrişuk (Rusiya) - Fabiano Karuana (ABŞ) 
Levon Aronyan (Ermənistan) - Uesli So (ABŞ) 
Sergey Karyakin (Rusiya) - Din Lijen (Çin)
 
Turnir cədvəlinə Fabiano Karuana başçılıq edir. Karuana 8 xalla vahid liderdir. Şəhriyar Məmmədyarov və Sergey Karyakin 7,5 xalla 2-3-cü yerləri bölüşdürür. Din Lijen 7 xalla 4-cü, Aleksandr Qrişuk 6,5 xalla 5-ci, Vladimir Kramnik 6 xalla 6-cı pillədə qərarlaşıb. Uesli So 5,5 xalla 7-ci, Levon Aronyan 4 xalla 8-cidir.
 
Azərbaycan təmsilçisi turnirin qalibi olmaq üçün Kramniki mütləq yenməli, Karuana və Karyakinin məğlubiyyətlərinə ümid etməlidir. Xallar bərabər olduqda əlavə göstəricilərə - şəxsi görüşlər, qələbə sayı, Zonneborn-Berger əmsalına baxılacaq. Bunlarda da bərabərlik olarsa, martın 28-də tay-breyk keçiriləcək.