İddiaçılar Turnirinin qalibi məlum oldu

Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turnirində bu gün XIV sonuncu turun görüşləri keçirilir.
 
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla rusiyalı Vladimir Kramnik ilə üz-üzə gəlib. Görüş 54-cü gedişdə heç-heçə ilə yekunlaşıb - 0,5:0,5. Bununla da Məmmədyarov xallarını 8-ə çatdırıb. Onun turnirin qalibi olma şanslarını qorumasından ötrü lider Fabiano Karuana Aleksandr Qrişuka uduzmalıdır. 
 
Turun digər qarşılaşmaları:
 
Aleksandr Qrişuk (Rusiya) - Fabiano Karuana (ABŞ) - 0:1
Levon Aronyan (Ermənistan) - Uesli So (ABŞ) - 0.5:0.5
Sergey Karyakin (Rusiya) - Din Lijen (Çin) - 0,5:0,5