FİFA İbrahimoviçi dünya çempionatına buraxmaya bilər

ABŞ-ın "Los-Anceles Qelaksi" klubunda çıxış edən Zlatan İbrahimoviç DÇ-2018-ə buraxılmaya bilər.
 
Səbəb hücumçunun mərc şirkəti ilə əməkdaşlıq etməsidir. İsveçli forvardın buna görə FİFA tərəfindən cəzalandırılma ehtimalı var.
 
Qeyd edək ki, 36 yaşlı futbolçu AVRO-2016-dan sonra İsveç milli komandasındakı karyerasını başa vurduğunu açıqlayıb. Daha sonra İbrahimoviçin dünya çempionatında çıxış etməsi üçün yığmaya qayıdacağı ilə bağlı xəbərlər yayılıb.