"Barselona" "Roma"ya, "Mançester Siti" "Liverpul"a qarşı

Bu gün futbol üzrə Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinin növbəti oyunları keçiriləcək.
 
Ikinci oyun günündə biri İspaniyada, digəri isə İngiltərədə olmaqla, iki matç baş tutacaq. İspaniyada "Barselona” İtaliyanın "Roma” klubunu sınağa çəkəcək. Kataloniya təmsilsiçi 1/8 finalda İngiltərənin "Çelsi” klubunu mübarizədən kənarlaşdırıb, "Roma” isə Ukraynanın "Şaxtyor” klubundan üstün olub.
 
"Barselona”nın heyətində Luka Din zədə səbəbindən bu matçda iştirak etməyəcək. Serxio Buskestin isə iştirakı sual altındadır. "Roma”nın heyətində türkiyəli futbolçu Cengiz Ünder zədə səbəbindən görüşü buraxacaq. Raca Nainqqolan və Lorentso Pelleqrininin iştirakı isə bəlli deyil.
 
Günün digər görüşü İngiltərədə baş tutacaq. "Liverpul” evdə "Mançester Siti” ilə üz-üzə gələcək. "Liverpul” 1/8 finalda Portuqaliyanın "Portu”, "Mançester Siti” isə İsveçrənin "Bazel” komandasını məyus edib.
 
Meydan sahiblərinin heyətində Co Qomes, Raqnar Klavan, Joel Matip və Adam Lallana komandalarına kömək edə bilməyəcək. Emre Canın isə iştirakı sual altındadır. "Mançester Siti”nin aparıcı futbolçusu Serxio Aqüero və Benjamin Mendi zədə səbəbindən bu oyunu buraxacaq. Con Stonsun isə iştirakı oyun ərəfəsində müəyyənləşəcək.
 
Çempionlar Liqası
1/4 final, ilk oyunlar
4 aprel
22:45. "Barselona” (İspaniya) – "Roma” (İtaliya)
Baş hakim: Danni Makkelie
 
22:45. "Liverpul” (İngiltərə) - "Mançester Siti” (İngiltərə)
Baş hakim: Feliks Brix (Almaniya)
 
Qeyd edək ki, ilk oyun günündə İspaniya "Real Madrid"i İtaliyada "Yuventus"u 3:0, Almaniya "Bavariya"sı isə İspaniyada "Sevilya"nı 2:1 hesabı ilə yenib. Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçları 10-11 aprel tarixlərində keçiriləcək.