Dadaşov yeni klubla müqavilə bağladı

Azərbaycan milli komandasının sabiq futbolçusu Rüfət Dadaşov klubunu dəyişib.
 
Hazırda Almaniyanın Regional Liqasının Şimal-Şərq zonasında (IV divizion) Berlin "Dinamo"sunun formasını geyinən 27 yaşlı hücumçu "Proyssen Myunster” klubu ilə iki illik müqavilə bağlayıb.
 
Dadaşov Almaniyanın III liqasında çıxış edən yeni komandasına cari mövsüm başa çatandan sonra qoşulacaq. Azərbaycan yığmasına yenidən dəvət alması gündəmdə olan forvard hazırda Regional Liqanın bombardiridir. O, 24 matçda 23 qol vurub.
 
"Proyssen Myunster” 32 turdan sonra 39 xalla 13-cü pillədə qərarlaşıb.
 
Qeyd edək ki, Rüfət Dadaşov 2013-2014-cü illərdə Azərbaycan millisinin heyətində ümumilikdə 16 oyunda iştirak edib və 4 qol vurub. Hazırda milliyə onun qardaşı Renat Dadaşov dəvət alır ("Report").