“Mançester Siti” “Liverpul”u, “Roma” “Barselona”nı qəbul edir

Bu gecə futbol üzrə Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşəcək.

 

 1/4 final mərələsinin cavab oyunlarından sonra qitənin ən nüfuzlu klub yarışında yoluna davam edəcək komandalar bilinəcək. İlk görüşlərdə qeydə alınan nəticələrə əsasən, İspaniyanın "Barselona” və İngiltərənin "Liverpul” komandaları böyük üstünlük əldə ediblər. Katalaoniyalılar evdə İtaliya təmsilçisi "Roma”nı 4:1 hesabı ilə məğlub etdikləri halda, mersisaydlılar evdə İngiltərənin digər klubu – "Mançester Siti”nin qapısında 3 cavabsız top keçiriblər.

 

"Barselona”nın Romada büdrəcəyi inandırıcı görünməsə də, eyni sözləri "Liverpul” barədə söyləmək olmaz. İngiltərə Premyer Liqasında çempionluğu böyük ölçüdə təmin edən "Mançester Siti” bu cür çətin tapşırığın öhdəsindən gələcək potensiala sahibdir. Digər tərəfdən, Yurgen Kloppun rəhbərlik etdiyi kollektiv sürpriz qələbələr qazanmaqla yanaşı, gözlənilməz məğlubiyyətlərlə də üzləşən komanda kimi tanınır.

 

Qeyd edək ki, digər yarımfinalçılar aprelin 11-də keçiriləcək "Real Madrid" (İspaniya) - "Yuventus" (İtaliya) və "Bavariya" (Almaniya) - "Sevilya" (İspaniya) matçlarından sonra bəlli olacaq.

Çempionlar Liqası

1/4 final (cavab oyunları)

10 aprel

22:45. "Roma” (İtaliya) – "Barselona” (İspaniya)

Baş hakim: Kleman Türpen (Fransa)

İlk oyun – 1:4

22:45. "Mançester Siti” (İngiltərə) – "Liverpul” (İngiltərə)

Baş hakim: Antonio Matyö Laos (İspaniya)

Mcançester. Şəhər stadionu

İlk oyun – 0:3