Çempionlar Liqası: Yarımfinalçılar bilindi
Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü atılıb.
Tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunub.
Püşk nəticəsində yarımfinal cütlərinin tərkibi belə müəyyənləşib:
"Bavariya" (Almaniya) - "Real Madrid" (İspaniya)
"Liverpul" (İngiltərə) - "Roma" (İtaliya)
Finalda nominal ev sahibi "Bavariya" - "Real Madrid" cütünün qalibi olacaq.
Qeyd edək ki, ilk oyunlar 24-25 apreldə, cavab görüşləri 1-2 mayda keçiriləcək.