Əliyar Ağayev "Barselona"nın oyununda
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Gənclər Liqasının yarımfinal mərhələsinin oyununa təyinat alıb.
Ağayev "Mançester Siti” (İngiltərə) – "Barselona” (İspaniya) oyununu idarə edəcək. 31 yaşlı baş hakimə Zeynal Zeynalov və Akif Əmirli yardımçı olacaq. Dördüncü hakim funksiyasını Sandro Şarer (İsveçrə) yerinə yetirəcək.
Qeyd edək ki, görüş aprelin 20-də Nyon şəhərindəki Kolovra stadionunda keçiriləcək.