Misir Futbol Federasiyasından Salah açıqlaması
Misir milli komandasının və İngiltərə "Liverpul"unun futbolçusu Məhəmməd Salahın zədəsi 3 həftəyə sağalacaq.
Bu barədə Misir Futbol Federasiyasının prezidenti Hani Abo Rida açıqlama verib. O bildirib ki, 26 yaşlı yarımmüdafiəçi dünya çempionatında Uruqvaya qarşı iyunun 15-də ilk tur matçını buraxmalı olacaq. Lakin Salah A qrupunun II turunda Rusiya ilə 19 iyunda keçiriləcək oyunda mütləq yer alacaq. Misirin daha bir qarşılaşması iyunun 25-də Səudiyyə Ərəbistanı ilə olacaq.
Qeyd edək ki, Məhəmməd Salah mayın 26-da "Liverpul"un İspaniya "Real Madrid"inə 1:3 hesabı ilə uduzduğu Çempionlar Liqasının final matçında zədələnib. Rəqib futbolçu Serxio Ramosun müdaxiləsindən sonra o, çiynindən xəsarət alaraq, oyuna davam edə bilməyib və 31-ci dəqiqədə əvəzlənib.