Qriqorçuk rəsmən "Astana"da

"Qəbələ” klubunun sabiq baş məşqçisi Roman Qriqorçuk Qazaxıstanın "Astana" komandasının sükanı arxasına keçib.
 
 53 yaşlı mütəxəssis bu gün ictimaiyyətə təqdim olunub. Onunla birgə mətbuat konfransına klub prezidenti Sayan Hamitcanov da qatılıb. Hamitcanov Qriqorçukla 2 illik müqavilə bağladıqlarını açıqlayıb.
 
Qeyd edək ki, 2015-ci ilin əvvəlindən "Qəbələ”nin baş məşqçisi olan Qriqorçuk bu postda 3,5 mövsüm çalışıb. O, daha əvvəl Latviyanın "Dinaburq” və "Ventspils”, vətənində isə "Metallurq” ilə "Çernomorets” komandalarına rəhbərlik edib.
 
 
Qriqorçuk rəsmən "Astana"da