Aziz Yıldırım erası bitdi
Türkiyənin "Fənərbağça" klubunun yeni prezidenti müəyyənləşib.
Bu, "Koç Holding"in İdarə Heyətinin sədr müavini, "Ford Otosan" və "Yapı Kredi" Bankının İdarə Heyətinin sədri Ali Koçdur. 51 yaşlı iş adamı klub prezidenti seçkisində Aziz Yıldırıma qalib gəlib. O, 16092, Yıldırım isə 4644 səs toplayıb. Bununla da Yıldırımın 20 illik hakimiyyətinə son qoyulub.
Seçkidə rekord sayda 20736 nəfər səs verib.