UEFA-dan "Beşiktaş"a cəza
UEFA Türkiyənin "Beşiktaş" klubunu 34 min avro məbləğində cərimələyib.
Buna klub azarkeşlərinin Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyununda evdə Almaniya "Bavariya"sı ilə görüşdə etdikləri qeyri-etik hərəkətlər səbəb olub.
Fanatlar sözügedən matçda meydana əşyalar atıblar və oyunun keçirilməsinə mane olublar.
Qeyd edək ki, "Beşiktaş" - "Bavariya" matçı qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.