UEFA-dan Əliyar Ağayevə dəvət
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev İsveçrənin Nyon və Cenevrə şəhərlərində UEFA-nın təşkilatçılığı ilə elit və birinci kateqoriyaya daxil olan hakimlər üçün kursa dəvət alıb.
Avqustun 1-də start götürəcək kursda ilk dəfə iştirak edəcək.
Qeyd edək ki, Əliyar Ağayev bir neçə gün əvvəl UEFA tərəfindən birinci kateqoriyalı hakimlər siyahısına daxil edilib.