UEFA Çempionlar Liqası brendini yenilədi
UEFA Çempionlar Liqasının brendini yeniləyib.
Yeni brenddə ulduzların əks olunduğu topların xətlərlə birləşməsi daha çox diqqəti çəkir.
Daha çox çevikliyə malik yeni konsepsiyada əsas elementlər - himn, stadion və mükafat saxlanılıb. Brenddə baza dəyərləri qorunmaqla yeni çalarlar əksini tapıb.
Qeyd edək ki, UEFA hər dəfə üçillik kommersiya tsikli ərəfəsində brendin yenilənməsini həyata keçirir.