Şehiçin yeni komandası müəyyənləşdi
"Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç karyerasını Türkiyədə davam etdirəcək.
Bosniya və Herseqovina yığmasının qapıçısı növbəti mövsüm Super Liqada çıxış edəcək "Erzurumspor”la anlaşıb.
30 yaşlı futbolçunun müqavilə bağlamaq üçün yaxın günlərdə Türkiyəyə gələcəyi bildirilir.
Qeyd edə ki, 2013 – 2018-ci illərdə "Qarabağ”ın formasına geyinən Şehiç, daha əvvəl vətənində "Jelezniçar” və Türkiyədə "Mersin İdman Yurdu” komandalarında çıxış edib.