Şehiçin "Erzurumspor"dakı qazancı müəyyənləşdi

"Qarabağ” futbol komandasının sabiq qapıçısı İbrahim Şehiçin Türkiyənin "Erzurumspor” klubuna keçidinin təfərrüatı müəyyənləşib.
 
 Bosniya və Herseqovina yığmasının üzvü "mavi-ağlar”la 2 illik müqavilə bağlayacaq. Onun illik əmək haqqı 550 min avro təşkil edəcək.
 
Bildirilir ki, 30 yaşlı qolkiper iyunun 12-də Bakı vaxtı ilə 13:00-da meneceri Fatih İleklə birlikdə İstanbula gələrək, rəsmi sözləşməyə imza atacaq.
 
Qeyd edək ki, 2013 - 2018-ci illərdə "Qarabağ”ın formasını geyinmiş İbrahim Şehiç daha əvvəl vətənində "Jelezniçar” və Türkiyədə "Mersin İdman Yurdu” komandalarında çıxış edib.