“Beşiktaş”ın prezidenti: “Azərbaycanda kubok qaldırmaq əla olar”
“Beşiktaş”ın prezidenti Fikrət Orman Türkiyə mətbuatına maraqlı açıqlama verib. İstanbul nəhənginin rəhbəri gələn il Bakıda keçiriləcək Avropa Liqasının final matçının iştirakçısı olmaq istədiklərini və turniri qazanmaq gücündə olduqlarını bildirib:
“Çempionlar Liqası bizdən yüksəkdə dayanır. Xəyala deyil, gerçəyə köklənməliyik. Amma Avroliqanın kubokunu qaldıra bilərik. Bunu edən komandaların çoxundan əskik deyilik, hətta üstünük. Hara getsək də, azarkeşlərimiz arxamızdadı. Avroliqanın finalı Bakıda olacaq. Azərbaycanda kubok qaldırmaq əla olar. Bunu bacarmaq istəyirik”.
Xatırladaq ki, Avropa Liqasının final görüşü gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.