Millimizin futbolçusu Portuqaliya klubuna keçdi
Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun yeni klubu müəyyənləşib.Hazırda U-21 millimizin üzvü olan 19 yaşlı hücumçu karyerasını Portuqaliyada davam etdirəcək.
Belə ki, Almaniyaniyanın "Ayntraxt" klubu bir müddət öncə intizamsızlığa görə qovduğu Renatın II Liqa təmsilçisi "Eştoril"lə müqavilə imzaladığını rəsmən açıqlayıb. Ancaq Franktfurt təmsilçisi gələcək karyerasında uğurlar arzuladığı Dadaşovun müqaviləsinin müddətini göstərməyib.
Hücumçu 2017-ci ilin yanvarında "Leyptsiq"dən "Ayntraxt"a keçmişdi. Bu ilyarımda əsas komandada debüt edə bilməyən forvard U-19-lar arasında keçirilən Bundesliqada 22 matçda 14 qol vurub. "Ayntraxt"la 2020-ci ilədək müqavilə imzalayan Renat son olaraq qardaşı Rüfət Dadaşovun klubu Berlin "Dinamo"sunda məşqlərində iştirak edirdi.
Xatırladaq ki, "Eştoril" son mövsüm Portuqaliya Premyer Liqasında sonuncu - 18-ci yeri tutaraq aşağı diviziona düşüb.