Avropa Liqasında ilkin mərhələnin püşkü atıldı
2018/2019 mövsümü üçün Avropa Liqasının ilkin mərhələsinin püşkü atılıb.
Püşkə əsasən, 14 komanda 7 cüt təşkil edib.
Avropa Liqası
İlkin mərhələ
"Avropa” (Cəbəllütariq) - "Priştina” (Kosovo)
"Sent Culia” (Andorra) - "Qzira Yunayted” (Malta)
"Enqordan” (Andorra) - "Folqore” (San-Marino)
"B36 Torshavn” (Farer adaları) - "Sent-Jozef” (Cəbəllütariq)
"Birkirkara” (Malta) - "Klaksvik” (Farer adaları)
"Tre Fiori” (San-Marino) - "Bala Taun” (Uels)
"Kevn Druids” (Uels) -"Trakay” (Litva)
Qeyd edək ki, ilk matçlar iyunun 28-də, cavab görüşləri isə iyulun 5-də olacaq. Adları birinci yazılan komandalar ilk oyunu evdə keçirəcəklər. Qaliblər I təsnifat mərhələsində Azərbaycan təmsilçiləri - "Qəbələ”, "Neftçi” və "Keşlə”nin potensial rəqibləri olacaqlar. Bu mərhələnin püşkü iyunun 19-da atılacaq.