Qurbanov Qriqorçuku qabaqladı

Avrokubokların III təsnifat mərhələsindən sonra dünyanın ən yaxşı klub məşqçilərinin siyahısı açıqlanıb. Olimpsport.az saytının məlumatına görə, cədvəldə yeganə azərbaycanlı mütəxəssis Qurban Qurbanovdu.

 

“Qarabağ”ın baş məşqçisinin hesabında 1250 xal var. 44 yaşlı mütəxəssis siyahıda 517-ci yerdədi.

 

Ölkəmizin daha bir klubunun çalışdırıcısı da siyahıda yer alıb. Bu, “Qəbələ”ni çalışdıran ukraynalı mütəxəssis Roman Qriqorçukdu. 1103 xala malik 51 yaşlı çalışdırıcı 566-cı pillədə yer alıb.

 

Cədvələ 18 min 112 xalı olan ispaniyalı Luis Enrike (“Barselona”) başçılıq edir. Onu həmyerlisi Xosep Qvardiola (“Bavariya”) izləyir – 14 min 225 xal. 3-cü pillədə argentinalı Dieqo Simeonedi (“Atletiko”) – 13 min 514 xal.