Mövsümün ilk cəzaları açıqlandı

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Olimpsport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının I turunun oyunlarında baş verənlərin müzakirə olduğu yığıncaqda mövsümün ilk cəzaları açıqlanıb.

 

AZAL – “Neftçi” matçının 36-cı dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulan Jayro Rodriges 1 oyun cəzalanıb. O, “ağ-qaralar”ı 200 manat ziyana salıb. Bu qarşılaşmada birbaşa qırmızı vərəqə alan Ruslan Nəsirli də cəzalanıb. AZAL-ı 1600 manat cəriməyə məruz qoyan futbolçu 2 turluq cəzalanıb.

 

“Qarabağ”la qarşılaşmada 5 futbolçusu sarı vərəqə alan “İnter” isə 800 manat xərcə düşüb.