"Hər iki komanda aşağı tempdə oynadı"-Zaur Svanadze

“Hava necə idisə, oyun da elə alındı. Hər iki komanda aşağı tempdə oynadı. İkinci hissədə daha yaxşı təsir bağışladıq. “Qəbələ” yaxşı komandadı, Avropa Liqasında onlara uğurlar arzulayırıq. Qarşıdakı oyunlara köklənəcəyik”.

Olimpsport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze oyundan sonra baş tutan mətbuat konfransında deyib.

 

 

- Sizcə, nəticə oyuna görə oldu?

- Rəqib ərazi üstünlüyünə malik olsa da, o qədər də təhlükəli vəziyyətlər yaratmadılar. Məncə, nəticə oyuna görə oldu.

 

- “İnter”i çempionluğa namizdələrdən hesab etmək olar?

- Hələ ki, çempionatın əvvəlidi. Bu barədə nəsə demək çətindi.

 

- Sizcə, “Qarabağ”a qarşı oynamaq daha çətin idi, yoxsa “Qəbələ”yə?

- İstəməzdik ki, ilk iki turda bu komandalara qarşı oynayaq. Hər iki komandaya qarşı oynamaq çətindi.

 

- Ağabala Ramazanov epizodların birində Ürfan Abbasovu vursa da, hakim bu epizodu görmədi. Onun bu hərəkətinə münasibətiniz necədi?

- Həmin epizodu görmədim. Təkrara baxdıqdan sonra fikir bildirə bilərəm. Təbii ki, rəqibi vurubsa, onunla söhbət edəcəyik.

 

- Penalti epizodu barədə nə deyə bilərsiz?

- Həmin epizoda çox uzaq idim. Buna görə, dəqiq bir şey deyə bilməyəcəm.