"Əsas məğlub olmamaq idi"-Ruslan Abışov
Azərbaycan Premyer Liqasının 2-ci turunda "Qəbələ” - "İnter” (0:0) oyunundan sonra qonaqların qapıçısı yarımmüdafiəçisi Ruslan Abışov jurnalistlərin suallarını cavablandırıb.
Olimpsport.az həmin müsahibəni təqdim edir:
- Bu cür hava şəraitində oynamaq çox çətin idi. Matçdan 1 gün əvvəl məqşdə də komanda yoldaşlarımla bu haqda danışmışdıq. “Qəbələ”nin yaxşı formada olduğunu bilirdik. Avroliqada yaxşı oyun göstəriblər. Əsas məğlub olmamaq idi. Hava bir az normal olsaydı, qələbə də qazanmaq olardı. Qarşıdakı turlarda artırıb, qələbə qazana bilərik. -
Penalti epizodunu necə şərh edərdin?
- Düzü, yaxşı görə bilmədim. Deyilənə görə top yerdə olanda ələ dəyib. Referi qərarını vermişdi, sağ olsun Səlahət Ağayev qola imkan vermədi.
- Nəticəni ədalətli hesab edirsən?
- Məncə, normaldı.
- “İnter”in qələbəsinə nə mane oldu?
- Fikrimcə, havanın belə isti olması.
- Özünü yeni ampulada necə hiss edirsən? Artıq meydanda daha çox dirijorluq edib, hücumlar qurursan? Ötən mövsümlə müqayisədə fərqli mövqedəsən...
- Düzdü, əvvələr də bu mövqedə oynamışam. Fikrimcə, qarşıdakı turlarda daha da yaxşı olacaq. Qeyd etdiyim kimi havanın belə isti olması, oyunçuların çıxışına təsirini göstərdi. İnanıram ki, əvvəlki vaxtlarıma qayıda biləcəm.
- Millinin San Marino ilə oyunu var, bu haqda nə düşünürsən?
- Görürük ki, futbolda asan rəqib yoxdu. Mətbuatda oxumuşdum ki, San Marino futbolçuları da bizimlə görüşdə qələbə qazanmaq niyyətindədi.
- Nəzərə alaq ki, rəqib FİFA-nın reytinq cədvəlində sonuncu yerlərdən birindədi...
- Məncə, reytinqə baxmaq lazım deyil. Son dəqiqələrə kimi kim, istəkli, aqressiv oynayacaqsa, qalib gələcək.