"İnter"in Müşahidə Şurasının sədri müəyyənləşdi
“İnter” Peşəkar İdman Klubu MMC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik baş vermişdir.
Olimpsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Klubun Nizamnaməsinə uyğun olaraq “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti Akif Əhmədiya oğlu Əliyevin və Johann Engbrechtin “İnter”PİK-in Müşahidə Şurasına üzv seçilmələri barədə qərar qəbul etmişdir.
Bundan əlavə, həmin qərarla Johann Engbrecht “İnter”PİK-in Müşahidə Şurasının sədri vəzifəsinə təyin olunmuşdur.