Yarışın birinci günü Azərbaycan cüdoçuları üçün uğurlu olub. Belə ki, Turan Bayramov (60 kq) Litva, Portuqaliya, Rusiya, Ukrayna və Türkiyə cüdoçularını məğlub edərək Avropa çempionu adını qazanıb. Kamran Süleymanov və Nicat Məmmədli (55 kq) bürünc medallara sahib olublar.
Beləliklə, Azərbaycan cüdoçuları Avropa çempionatının birinci günündə 1 qızıl və 2 bürünc medal qazanıblar. Çempionatda 39 ölkədən 431 yeniyetmə cüdoçu medallar uğrunda mübarizə aparır. Azərbaycanı yarışda 10 oğlan və 8 qız cüdoçu təmsil edir. Birinciliyə iyunun 30-da yekun vurulacaq.
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024