Güləşçilərimiz İran klubuna dünyanın ən güclü klubu adını qazandırıb

İranda keçirilən klublararası dünya kuboku başa çatıb. 

Hacı Əliyev (65 kq) və Cəbrayıl Həsənovun (79 kq) heyətində yer aldığı “İran Mall” sərbəst güləş üzrə klublararası dünya kubokunun sahibi olub. Hər iki güləşçimiz finalda komandasına qələbə qazandırıb.

Xatırladaq ki, Cəbrayıl Həsənov 4:2, Hacı Əliyev isə 8:2 hesablı qələbə ilə çempion adını qazanıblar.