"Yaşar Doğu" turnirinin 2-ci günü güləşçilərimiz 6 medal qazanıblar
Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turniri davam edir.
Memorialın ikinci günündə güləşçilərimiz 6 medal qazanıb.
Qadınların mübarizəsində Elis Manolova (65 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub.