Güləş üzrə dəfələrlə dünya və Avropa mükafatçımız öldürülüb
Güləş üzrə dəfələrlə dünya və Avropa mükafatçımız öldürülüb.
OLİMPSPORT xəbər verir ki, sərbəst güləş üzrə dəfələrlə müxtəlif yaş qrupları arasında dünya mükafatçısı, Avropa çempionumuz Ruslan Surxayev öldürülüb. Ölkəmizin ən istedadlı pəhləvanlarından biri olan Ruslan Surxayev şəxsi münaqişə zəminində öldürüldüyü deyilir.
Qeyd edək ki, 25 yaşlı millimizin keçmiş üzvü böyük idmanla daha erkən vidalaşmışdı. Mərhum bu gün doğma yurdu Şamaxıda dəfn olunub.
Allah rəhmət eləsin!