"Qəbələ"nin oyunu təxirə salındı
Ölkəmizi Avropa Liqasının pley-off mərhələsində təmsil edən “Qəbələ” klubu Peşəkar Futbol Liqasına müraciət edib. Olimpsport.az saytının məlumatına görə, klub pley-off mərhələsinin “Maribor”la cavab oyununa daha yaxşı hazırlaşmaq məqsədi ilə Topaz Premyer Liqasının III turunda keçirilməli olan “Sumqayıt”la matçın təxirə salınmasını istəyib.
“Qəbələ”nin Avropa Liqasında uğurlu çıxışı və ölkəmizi qrup mərhələsində təmsil etmək perspektivini nəzərə alan PFL “Sumqayıt” klubunun razılığına əsasən Topaz Premyer Liqasının III turunun “Qəbələ” – “Sumqayıt” matçının 21.08.2016-cı il tarixdən başqa tarixə keçirilməsinə qərar verib.
(pfl.az)