OLİMPSPORT xəbər verir ki, güləşçimiz Ülvü Qənizadə (72 kq) Avropa çempionatına bolqar rəqibi üzərində inamlı qələbə ilə start verib. Lakin 1/4 finalda üçqat dünya çempionu, alman Frank Ştebleri məğlub etmək mümkün olmayıb. Titullu rəqib finaladək irəlilədiyindən güləşçimiz üçüncü yarış günündə - fevralın 12-də təsəlliverici görüşə çıxıb. Ü.Qənizadə cəmi 2 dəqiqə ərzində Moldovadan olan həmkarına qalib gəlib və bürünc medal uğrunda mübarizə aparmaq şansı əldə edib. Həlledici qarşılaşmada ikiqat Avropa çempionu və dünya üçüncüsü Adam Kurakla (Rusiya) qarşılaşan gənc güləşçimiz əzmkar qələbə qazanaraq millimizin hesabına dördüncü bürünc medalı yazıb.
Qeyd edək ki, bundan əvvəl Azərbaycanın yunan-Roma güləşçilərindən Sənan Süleymanov (77 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıblar.
18-11-2024
08-11-2024
02-11-2024
30-10-2024
21-10-2024
17-10-2024
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024