"Xocalı soyqırımı" na həsr olunan güləş yarışı keçirilib

IMG-20200223-WA0035IMG-20200223-WA0033_1Bu gün ŞÜA İdman Kompleksində sərbəst güləş üzrə azyaşlı uşaqlar arasında "Xocalı soyqırımı” na həsr olunmuş OLİMPSPORT İdman Klubunun  açıq birinciliyi keçirilib.

OLİMPSPORT xəbər verir ki, birincilikdə OLİMPSPORT İdman Klubu ilə yanaşı Masallı, Xaçmaz, “Zenit”, “Təhsil” və 10 saylı UGİM-in 100-ə yaxın idmançısı iştirak edib. Yarışa təşrif buyuran qonaqlar arasında Xocalı döyüşçüsü, müharibə veteranı Xankişiyev Vidadi və onun ailə üzvləri də olub.

Veteran döyüşçü “Xocalı soyqırımı”na həsr olunan yarışa görə təşkilatçılara dərin minnətdarlığını bildirib və buna görə qəhər içində yarışın təşkilatçısı, OLİMPSPORT İdman Klubunun direktoru Ramin Allahverdiyevi bağrına basaraq onun alnından öpüb.

Xocalı soyqırımını öz gözləri ilə görmüş Vidadi Xankişiyev qəhər içində çıxış edərək bildirib ki, həmin gün erməni vəhşiliyinin törətdiyi amansız soyqırım nəticəsində çoxlu sayda şəhid verməklə yanaşı  torpaqlarımızı da itirdik. Keçmiş döyüşçü fikirlərinə davam edərək bildirdi ki, mən bu gün şahidi oldum ki, siz uşaqlar bizim gələcəyimiz olaraq bu cür yarışlarda iştirak etməklə Xocalını unutmadığınızı bir daha göstərdiniz və inanıram ki, biz biirlikdə əsl qələbəni Xocalı soyqırımını törədənlərdən qisas almaqla əldə edəcəyik.

Qeyd edək ki, yarışda yer tutmuş idmançılar arasında Xocalı döyüşçüsü Vidadi Xankişiyevin də qardaşı oğlu olub.