"Turun qalibi Bakıda məlum olacaq" - Qurban Qurbanov

Sabah UEFA Avropaliqasında play-off mərhələsinin ilk oyunları keçiriləcək. Olimpsport.az xəbər verir ki, ölkəmizi bu yarışda təmsil edən "Qarabağ" İsveçdə "Qöteburq"un qonağı olacaq. Ağdam təmsilçisinin çalışdırıcısı Qurban Qurbanov oyundan əvvəl fikirlərini bildirib:

"Çətin bir rəqibə qarşı oynayırıq, bu mövsüm çempionatda 18 tur və bir neçə avrokubok oyunları oynayıb. "Qöteborq"un pik nöqtəsidir. Üstünlük rəqib tərəfdədir, çünki evdə, azarkeşləri önündə oynayacaqlar. Buna baxmayaraq, komandam bu oyuna hazırdır. Ən yaxşısını etməyə çalışacağıq. Belə oyunlarda təcrübəmiz var, xüsusi ilə də pley-off oyunlarında. Rəqib çox istəklidir, bizə əvvəlki illərdən daha çətin pley-off oyunu olacaq. "Qöteborq" daha çox kollektiv oyuna üstünlük verir. Turun qalibi Bakıda məlum olacaq".