TƏCİLİ! Daha bir Olimpiya lisenziyalı güləş yarışı təxirə salınıb
Martın 19-dan 22-dək Budapeştdə keçirilməsi nəzərdə tutulan Avropa Olimpiya Təsnifat turniri təxirə salınıb.
OLİMPSPORT xəbər verir ki, bu barədə bu gün Macarıstan dövləti qərar çıxarıb. Təşkilatçı ölkə Dünya Güləş Birliyi (UWW) ilə ortaq fikrə gələrək, Koronavirus epidemiyası ilə bağlı bu addımı atıb. Yarışın aprel və ya may ayında keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, bu yarışın təxirə salınma ehtimalını OLİMPSPORT bir neçə gün əvvəlki xəbərlərində məlumat vermişdi.