Çimərlik güləşi üzrə zal yaradıldı
Bu gün yeniyetmələr, gənclər və böyüklərdən ibarət qadın güləşçilərimiz çimərlik güləşi üzrə məşqlərə start verib.
OLİMPSPORT xəbər verir ki, güləşin bu növü üzrə məşqlərin həftədə iki dəfə keçirilməsi nəzərdə tutulub.
Çimərlik güləşi üzrə dünya çempionu Oyan Nəzəriani hazırlıq prosesində qadın güləşçiləri qaydalarla tanış edib. Daha sonra müxtəlif çəkilər üzrə sınaq xarakterli görüşlər keçirilib. Qarşılaşmalar maraqlı və gərgin mübarizə şəraitində keçib.