Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı azad etmək uğrunda döyüşləri davam etdirir. OLİMPSPORT xəbər verir ki, hal-hazırda bütün ölkə ictimaiyyətinin diqqəti cəbhəyə yönəlib. Müxtəlif qurumlar, təşkilatlar və fərdi şəxslər bu və ya digər qaydada hərbçilərimizdən maddi-mənəvi dəstəyini əsirgəmir.
Azərbaycan Güləş Federasiyası (AGF) və bütün güləş ailəsi də cəbhədə döyüşlərin başladığı ilk gündən həssaslıq nümayiş etdirərək, Azərbaycan əsgərinə mənəvi dəstəyini göstərib. Bununla yanaşı, AGF rəhbərliyi, federasiyanın əməkdaşları, yığma komandaların güləşçiləri, məşqçilər heyəti, həkimləri və masajçıları əmək haqqlarının müəyyən bir qismini ordumuzun maddi-texniki təminatı üçün ayırıb və toplanan vəsait Silahlı Qüvvələrin Yardım Fondunun hesabına köçürülüb.
18-11-2024
08-11-2024
02-11-2024
30-10-2024
21-10-2024
17-10-2024
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024